ABŞ-ın daha bir ştatında elektron siqaretlərin satışı dayandırılıb

ABŞ-ın daha bir ştatında elektron siqaretlərin satışı dayandırılıb ABŞ-da Nyu-York və Miçiqan ştatlarından sonra Massaçusets ştatında da elektron siqaretlərin satışı dayandırılıb.
Biznes
25 Sentyabr , 2019 17:31
ABŞ-ın daha bir ştatında elektron siqaretlərin satışı dayandırılıb

ABŞ-da Nyu-York və Miçiqan ştatlarından sonra Massaçusets ştatında da elektron siqaretlərin satışı dayandırılıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ağ ciyər xəstələrinin sayının artmasıdır. 

Artıq 61 nəfər xəstəliyə tutulmasından şübhələnərək xəstəxanaya müraciət edib. Yerli həkimlər vəziyyəti elektron siqaretlərdən istifadənin genişlənməsi ilə izah edirlər. 

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkənin 38 əyalətində və 1 inzibati bölgəsində “naməlum xəstəliy"ə yoluxanların sayının 530-a çatdığını bəyan edib. Xəstələrin əksəriyyəti yeniyetmələr və gənclərdir.

Son xəbərlər

Orphus sistemi