ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək

ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək Fransanın ABŞ-ın Google, Apple, Facebook və Amazon kimi texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə qarşı tərəfdən cavab gəlib.
Biznes
3 Dekabr , 2019 11:42
ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək

Fransanın ABŞ-ın "Google", "Apple", "Facebook" və "Amazon" kimi texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə qarşı tərəfdən cavab gəlib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki,  ABŞ Fransa istehsalı olan 2,4 milyard dollar dəyərində məhsula əlavə vergi tətbiq etməyi planlaşdırır. 

"Fransanın rəqəmsal xidmət vergisi ABŞ şirkətlərinə qarşı ayrı-seçkilikdir", - ABŞ-ın yerli Ticarət Nümayəndəliyindən bildirilib. 

Nümayəndəliyin rəhbəri Robert Laythayzer Avstriya, İtaliya və Türkiyəyə qarşı əlavə verginin tətbiq oluna biləcəyini deyib.

Xatırladaq ki, Fransada yeni vergilər ictimai müzakirələr başa çatdıqdan sonra gələn ilin əvvəlindən tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi