ABŞ ekspertləri Azərbaycanda əmtəə nişanlarının ekspertizası üzrə təlim keçiriblər

ABŞ ekspertləri Azərbaycanda əmtəə nişanlarının ekspertizası üzrə təlim keçiriblər Fərqlilik, anlaşılmazlıq ehtimalı, coğrafi və qeyri-ənənəvi markaların ekspertizası üzrə təqdimatlar keçirilib
Biznes
19 Aprel , 2016 12:07
ABŞ ekspertləri Azərbaycanda əmtəə nişanlarının ekspertizası üzrə təlim keçiriblər

Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 18-19-da ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri arasında əmtəə nişanlarının ekspertizası üzrə təcrübə mübadiləsi ilə bağlı görüş və təlimlər keçirilib.

“Report” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Komitənin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin Komitə ilə əməkdaşlığını, müxtəlif mövzularda treninqlərin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi dövlət başçısının sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. 

“Dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı digər sahələrlə yanaşı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib", - deyə Dövlət Komitəsinin rəsmisi bildirib.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiyini, ikitərəfli əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb: “Aprelin 12-də Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyəti ilə görüşdə iştirak edib. Ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə, qeyri-neft sektorunun, xüsusilə biznesdə innovasiyaların, yeni texnologiyaların tətbiqi, azad rəqabət şəraitində əqli mülkiyyət hüquqlarının qorunması məsələləri bu gün aktualdır. Keçirilən ikitərəfli tədbirlər olduqca vacibdir”.

Təlimlər ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin hüquq işləri üzrə müşavirləri Nensi Omelko və Lia Lourinin “Fərqlilik üzrə ekspertiza”, “Anlaşılmazlıq ehtimalı üzrə ekspertiza”, “Coğrafi markaların ekspertizası”, “Qeyri-ənənəvi markaların ekspertizası” və digər mövzullar üzrə təqdimatlarla davam edib.

Son xəbərlər

Orphus sistemi