ABŞ-da 17 maşından yığılmış avtomobil satışa çıxarılıb

ABŞ-da 17 maşından yığılmış avtomobil satışa çıxarılıb Maşın sahibi onu 25 dollara satmağı planlaşdırır
Biznes
4 Fevral , 2018 08:34
ABŞ-da 17 maşından yığılmış avtomobil satışa çıxarılıb

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-da 17 avtomobildən yığılmış maşın satışa çıxarılıb.

"Report” xəbər verir ki, avtomobilin sahibi onu 25 min dollara (Təqribən 43 min manat) satmağı planlaşdırır.

Bu nəqliyyat vasitəsinin yığılma prosesində “Chevrolet”, fərqli illərin “Cadillac”, həmçinin “Buick” və “Pontiac” markalı avtomobillərinin hissələrindən istifadə olunub.

Sənədlərə əsasən, avtomobil 1939-cu ilin “Chevrolet”i kimi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi