Yuxarı
    Bağlamaq

    ABŞ Çindən alınan mallara 25 faizlik rüsum tətbiq edəcək

    Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Çindən alınan mallara qarşı 50 milyard dollar məbləğində gömrük rüsumlarını təsdiqləyib.

    "Report"un "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, qərar Milli Təhlükəsizlik, Maliyyə və Ticarət nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul olunub.

    Adları siyahıda keçən mallara 25 faizlik rüsum tətbiq olunacaq. Amma hələlik qərarın nə vaxt qüvvəyə minəcəyi məlum deyil.

    Qəzet yazır ki, müvafiq qərar ABŞ ilə Çin arasında ticarət müharibəsinin dayandırılması barədə əldə olunmuş razılığa ziddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi