Yuxarı

ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər

ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər

ABŞ ilə Çin arasında ticarət razılaşması əldə olunmasa, dekabrın 15-dən ABŞ hökuməti Çin mallarına dair yeni rüsumlar zərfini tətbiq edəcək.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Steven Mnuçin məlumat verib.

O, hər halda razılaşmanın əldə ediləcəyinə inandığını dilə gətirib: “Ötən həftə danışıqlar zamanı xeyli irəliləyişə nail olmuşuq. Rəsmiləşdirməli olan ilkin razılaşmamız var, bununla bağlı hələ iş görməliyik... İlkin mərhələyə dair işləri başa çatdıran kimi ikinci mərhələyə keçəcəyik”.

Bundan əvvəl S.Mnuçin nəzərdə tutulduğu kimi oktyabrın 15-dən Çin mallarına dair rüsumları qaldırmayacaqlarını bildirmişdi. Bununla yanaşı, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer də 15 dekabra nəzərdə tutulan tariflərə dair qərarın xeyli əvvəlcədən bəlli olacağını açıqlamışdı.

Ötən cümə günü ABŞ prezidenti Donald Tramp Çinlə ticarət ziddiyyətlərini yoluna qoymaq üçün razılaşmanın birinci mərhələsinə qədəm qoyduqlarını bildirib. Bundan əvvəl ABŞ lideri 250 milyard dollar həcmində Çin mallarına rüsumların 25 faizdən 30 faizədək qaldırma tarixini oktyabr ayının 1-dən 15-dək təxirə salmışdı. Çin hökuməti də sentyabrın 17-də 16 adda ABŞ məhsullarına əlavə rüsumları ləğv edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi