Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ Cənubi Koreya ilə azad ticarət anlaşmasını yenidən nəzərdən keçirməyə hazırlaşır.
"Report"un "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Ticarət və Sənaye Palatasında çıxışı zamanı bildirib.
"Ən önəmli olan odur ki, ABŞ-la Cənubi Koreya arasında ticarət həcmində kəsir azad ticarət anlaşmasının imzalandığı gündən bu günədək 2 dəfə artıb", - M.Pens qeyd edib.
Agentlik bildirir ki, Pensin açıqlamalası ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya və digər ölkələrlə azad ticarət anlaşmasının ölkədə iş yerlərinin azalmasına səbəb olması faktına əsaslanır. Vitse-prezident həmçinin əlavə edib ki, yaxın zamanlarda mövcud azad ticarət anlaşmasının dəyişdirilməsi mümkündür.