Yuxarı

ABŞ Azərbaycan jurnalistləri üçün iqtisadi jurnalistika sahəsində təlim keçib

ABŞ Azərbaycan jurnalistləri üçün iqtisadi jurnalistika sahəsində təlim keçib
USAID təlimlər, seminarlar və konfranslar vasitəsilə bütün dünyada media proqramlarına dəstək göstərir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Oktyabrın 2-dən 5-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif xəbər agentliklərini və nəşrləri təmsil edən 10 azərbaycan jurnalisti üçün iqtisadi jurnalistika sahəsində təlim təşkil edib.

“Report” xəbər verir ki, tədbirin məqsədi jurnalistlərə yerli və beynəlxalq iqtisadi məlumat bazalarından istifadə, iqtisadi məlumatların yoxlanması, habelə asan oxunan və rəqəmlərə əsaslanan məqalə və reportajların hazırlanması sahəsində təlim keçmək olub.

Açıqlamaya görə, USAID ABŞ-da, regional, qlobal və ya ölkə daxilində təlimlər, seminarlar və konfranslar vasitəsilə bütün dünyada media proqramlarına dəstək göstərir: “Bütün bunlar azad və açıq demokratik cəmiyyət üçün fundamental olan azad mətbuata dəstək, habelə jurnalist etikası və peşəkarlığını təşviqi sahəsində ABŞ səylərinin bir hissəsidir. Son 25 il ərzində ABŞ hökuməti məlumat əlçatanlığının təkmilləşdirilməsi və jurnalistlərin peşəkar bacarıqlarının artırılması sahəsində bir çox layihələrdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edib. Bunlar arasında kənd yerlərində vətəndaşların internetə çıxışının təmin edilməsi, habelə peşəkar jurnalistika və jurnalist etikası sahəsində təlimləri göstərmək olar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi