Yuxarı

ABŞ Avropa İttifaqından avtomobil idxalına gömrük rüsumlarının tətbiqini təxirə salacaq

ABŞ Aİv-dan avtomobil idxalına rüsumların tətbiqini təxirə salacaq

ABŞ prezidenti Donald Trampın bu həftə Avropa İttifaqından (Aİ) idxal edilən avtomobillərə gömrük rüsumlarının tətbiqi barədə qərarını təxirə saldığını açıqlayacağı gözlənilir.

“Report” bu barədə “Politico” nəşrinə istinadən xəbər verir. 

Mötəbər mənbə bu qərarın daha 6 ay müddətinə təxirə salınacağını, bununla belə ticarət və rüsumlarla bağlı D.Trampın yekun qərarlarının daima müəmmalı olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Avropa istehsalı olan avtomobillərə rüsum tətbiq edə biləcəklərini hələ bu ilin fevral ayında bildirmişdi. Avropa Komissiyası da belə bir addım atılarsa, cavab olaraq 20 milyard dollarlıq ABŞ mallarına əlavə rüsum tətbiq edəcəklərini açıqlamışdı.

Bu ilin may ayında isə ABŞ prezidenti Aİ və Yaponiya avtomobillərinə rüsum tətbiqini 6 ay təxirə saldıqlarını açıqlamışdı. Bu müddət noyabrın 13-də başa çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi