Bakı. 5 mart. REPORT.AZ/ Son günlərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.
“Report” nazirliyin məlumatına əsasən, bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “ABC-Telecom” MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.
Bu səbəbdən “ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.