Azərbaycanda kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlanıb

Azərbaycanda kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlanıb SOCAR ABAD layihəsinə dəstək verəcək
Biznes
18 Noyabr , 2016 11:37
Azərbaycanda kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABAD layihəsinə dəstək verəcək.

"Report" xəbər verir ki, bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" adlı konfransda çıxış edən ABAD publik hüquqi şəxsin şöbə müdiri Elvin Şirinov deyib.

E.Şirinov bildirib ki, məsələ ilə bağlı SOCAR və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzinin fəaliyətində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Şöbə müdiri deyib ki, ABAD Azərbaycanda ailə brendlərinin yaradılması üçün konsepsiya hazırlayıb: “Ailə biznesinə asan dəstək göstərəcək ABAD publik hüquqi şəxsin fəaliyyəti çərçivəsində ailə brendləri formalaşdırılacaq. Hazırda biz pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlamışıq”.

Son xəbərlər

Orphus sistemi