Yuxarı
    Bağlamaq

    Daha 3 xarici şirkət Azərbaycan bazarını tərk edir

    Bu barədə Vergilər Nazirliyindən bildirilib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Nümayəndəliyini bağlayan şirkətlərdən biri "China Geo-Engineering Corporation İnternational" MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

    Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus "Cadbury CIS B.V."-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Towers" Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

    Bundan başqa, Türkiyəyə məxsus "Elit" MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi