2017-ci ildə ölkəyə buğda idxalı 20 faiz azalıb

2017-ci ildə ölkəyə buğda idxalı 20 faiz azalıb İdxal həcmi 1 milyon 275 min ton təşkil edib
Biznes
30 Yanvar , 2018 08:05
2017-ci ildə ölkəyə buğda idxalı 20 faiz azalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair illik konfransda deyib.

"Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik. Misal üçün, taxılçılıqla bağlı bəzi rəqəmləri ictimaiyyətə çatdırmaq istəyirəm. 2017-ci ildə 1 milyon 275 min ton buğda idxal olunub. Bu, 2016-cı illə müqayisədə 20 faiz azdır. Bu, yaxşı göstəricidir. Bu, onu göstərir ki, yerli istehsal artır. Ancaq görürsünüz ki, burada hələ nə qədər böyük iş həcmi var. Biz çalışmalıyıq ki, taxılçılıqda xaricdən asılılığı minimuma endirək".

Son xəbərlər

Orphus sistemi