“Zoom”un yaradıcısı bir neçə saata 4,2 milyard dollar qazanıb

“Zoom”un yaradıcısı bir neçə saata 4,2 milyard dollar qazanıb ABŞ-ın “Zoom Video Communications” şirkətinin qurucusu, icraçı direktoru, direktorlar şurasının sədri və prezidenti Erik Yuan bazar ertəsi bir neçə saat ərzində sərvətini 4,2 milyard ABŞ dolları həcmində artırıb.
Biznes
576
1 Sentyabr , 2020 10:58
“Zoom”un yaradıcısı bir neçə saata 4,2 milyard dollar qazanıb
Erik Yuan
0 : 00
0 : 00

“Zoom” videokonfrans xidmətinin operatoru olan ABŞ-ın “Zoom Video Communications” şirkətinin qurucusu, icraçı direktoru, direktorlar şurasının sədri və prezidenti Erik Yuan bazar ertəsi bir neçə saat ərzində sərvətini 4,2 milyard ABŞ dolları həcmində artırıb.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Şirkətin səhmləri müsbət korporativ hesabatların dərcindən sonra kəskin şəkildə artıb. Belə ki, ABŞ-da keçirilən elektron birja sövdələşmələrində “Zoom Video Communications”ın səhmləri bir neçə saat ərzində, təxminən, 26% bahalaşaraq 410 ABŞ dollarına yaxınlaşıb. “Bloomberg” bu tendensiyanın çərşənbə axşamı səhərədək davam edəcəyi təqdirdə Erik Yuanın sərvətinin 20 milyard ABŞ dollarını ötəcəyini təxmin edir.

Qeyd edək ki, “Zoomun populyarlığı yeni növ koronavirusun yayılması və xeyli sayda insanın məsafədən işləməyə keçməsi fonunda nəzərəçarpacaq dərəcədə artıb.

Orphus sistemi