"Zəyəm Texnologiyalar Parkı"nın nizamnamə kapitalı artırılacaq

"Zəyəm Texnologiyalar Parkı"nın nizamnamə kapitalı artırılacaq Aprelin 30-da, saat 11:00-da "Zəyəm Texnologiyalar Parkı" ASC-nin (ZTP) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Biznes
19 Mart , 2021 12:09
Zəyəm Texnologiyalar Parkının nizamnamə kapitalı artırılacaq

Aprelin 30-da, saat 11:00-da "Zəyəm Texnologiyalar Parkı" ASC-nin (ZTP) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması, bunun üçün yeni səhmlərin emissiya edilməsi, şirkətin nizamnaməsinə dəyişiklik olunması və digər məsələlər daxildir.

Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Hazırda onun nizamnamə kapitalı 305 246 manatdır.

Son xəbərlər

Orphus sistemi