Azərbaycanın zərgərlik məmulatlarının MDB ölkələrinə ixracı gözlənilir

Azərbaycanın zərgərlik məmulatlarının MDB ölkələrinə ixracı gözlənilir Hazırda hazır zərgərlik məmulatları ixrac edilmir
Biznes
105
21 May , 2021 14:48
Azərbaycanın zərgərlik məmulatlarının MDB ölkələrinə ixracı gözlənilir

"Hazır zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində yer alması hədəflərimiz sırasındadır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, hazırda hazır zərgərlik məmulatları ixrac edilmir:" Ancaq xam qızıl və gümüş ixrac səbətində yer alır. Bu sahədə boşluqlar var".

T.Abbasquliyev deyib ki, ixraca dəstək tədbirləri çərçivəsində iki istiqamətdə fəaliyyətimiz var:" Birinci istiqamətdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıq nəzərdə tutulur. Biz artıq ilkin görüşlərimizi keçirmişik və müzakirələrimizi aparmışıq. Hazırda həm dünyada, həm Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin tədbirlərinə görə müəyyən çətinliklər var.

Gələcəkdə xarici sərgilərdə, yarmarkalarda Azərbaycan brendlərinin təmsil edilməsi istiqamətində AZPROMO ilə əməkdaşlıq edəcəyik. MDB ölkələrindən böyük əməkdaşlıq potensialı gözləyirik. MDB ölkələrində Azərbaycan sənayesinin məhsullarına daha çox tələbat var. Bu sahədə biz aktiv əməkdaşlığa keçmişik. Özbəkistan Sənaye və İstehsalat Birliyi ilə artıq sazişimiz var. Bu yaxınlarda Özbəkistan nümayəndələri ilə onlayn formatda görüşümüz olub. Gələcəkdə də görüşlərimiz olacaq. Mən Özbəkistana və digər ölkələrə Azərbaycanın ixrac potensialının olduğuna inanıram".

Son xəbərlər

Orphus sistemi