Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb

Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb Martın 24-də Moskva birjasında ticarətin bərpasından sonra Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2,7 milyard ABŞ dolları artıb.
Biznes
130
25 Mart , 2022 11:11
Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb

Martın 24-də Moskva birjasında ticarətin bərpasından sonra Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2,7 milyard ABŞ dolları artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, “Bloomberg Billionaires Index”in məlumatlarına əsasən, ticarətin açılmasından sonra 10 rusiyalı iş adamı sərvətini artıra bilib.

O cümlədən “Volqaa Qrup” investisiya şirkətinin əsas səhmdarı, daha əvvəl Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahılarına düşən Gennadi Timçenko, həmçinin “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson kapitallarını 1 milyard dollardan çox artırıb. Agentliyin məlumatına görə, ümumi sərvəti 26,3 milyard ABŞ dolları olan “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin Rusiyanın ən varlı adamı olaraq qalmaqdadır.

“Bloomberg” İnfirmasiya Agentliyi 2012-ci ilin mart ayından etibarən planetin ən zəngin 500 adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index” dərc edir.

Biraylıq fasilədən sonra martın 24-də fəaliyyətini bərpa edən Moskva birjasının indeksi ticarət gününün sonunda birjada ticarətin bağlandığı 25 fevral tarixi ilə müqayisədə 4,4% artaraq 2578,5 bənd təşkil edib.

Son xəbərlər

Orphus sistemi