“Zəfər” kolleksiyası üçün ən yaxşı xalça" müsabiqəsinin ilk mərhələsi başa çatıb

“Zəfər” kolleksiyası üçün ən yaxşı xalça" müsabiqəsinin ilk mərhələsi başa çatıb 27 sentyabr Anım Günü və 44 günlük Vətən Müharibəsinin il dönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC- nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb.
Biznes
4 Noyabr , 2021 17:35
“Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin ilk mərhələsi başa çatıb

27 sentyabr Anım Günü və 44 günlük Vətən Müharibəsinin il dönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb.

"Report" quruma istinadən xəbər verir ki, bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılıb.

1 ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşüblər. Təlimlər həm nəzəri, həm də praktiv yöndə baş tutub.

Bu gün "Azərxalça”nın İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi baş tutub. Tədbiri qurumun sədri Emin Məmmədov açıq elan edib, hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür edib. O, bildirib ki, milli xalçaçılıq irsimizin qorunması, gənclər arasında xalçaçılıq sənətinə marağın artırılması yönündə “Zəfər” kolleksiyası xalça müsabiqəsinin müstəsna rolu olacaq.

Sədr qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir və bundan sonra “Azərxalça” gənclərlə daha sıx əməkdaşlıq edəcək.

13 gənc təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinə öz əsərlərini təqdim edib. Hər bir gənc əsərini təqdim etməklə yanaşı onun fəlsəfəsini də hər kəsə izah edərək müdafiəsini yekunlaşdırıb.

Bu gündən etibarən 10 gün ərzində 13 müsabiqə iştirakçısının əsəri İçərişəhər, Böyük Qala 15 ünvanında, “Azərxalça” showroom"da sərgilənəcək. Maraqlanan hər kəs əsərləri seyr etməklə yanaşı qalibin müəyyən olunmasında - səsvermədə iştirak edə bilər.

10 gündən sonra qaliblər elan olunacaq. Qaliblərin əsərləri əsasında isə “Azərxalça”nın “Zəfər” xalça kolleksiyası hazırlanacaq! Yeni xalça kolleksiyası həm yerli, həm də xarici bazarda xalça sevərlərin istifadəsinə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi