Zakir İbrahimov: "Qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzi yaradılacaq"

Zakir İbrahimov: "Qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzi yaradılacaq" Mərkəzdə “AzerGold”un istehsalı olan sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun, minimal mənfəət marjası ilə satılacaq
Biznes
21 May , 2021 13:58
Zakir İbrahimov: Qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzi yaradılacaq
Zakir İbrahimov

Zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə verilməsi məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forumda bildirib.

Onun sözlərinə görə, mərkəzdə “AzerGold”un istehsalı olan sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun, minimal mənfəət marjası ilə satışı həyata keçiriləcək. Əlavə olaraq sözügedən mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi