Yusif Abdullayev: "İnvestorlar Azərbaycanda müxtəlif təşəbbüslərdən faydalana bilərlər"

Yusif Abdullayev: "İnvestorlar Azərbaycanda müxtəlif təşəbbüslərdən faydalana bilərlər" "Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. İnvestorlar Azərbaycanda müxtəlif təşəbbüslərdən faydalana bilərlər".
Biznes
24 İyun , 2022 11:33
Yusif Abdullayev: İnvestorlar Azərbaycanda müxtəlif təşəbbüslərdən faydalana bilərlər
Yusif Abdullayev

"Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. İnvestorlar Azərbaycanda müxtəlif təşəbbüslərdən faydalana bilərlər".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan - Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.

Tədbir “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” mövzusunda baş tutub.

Onun sözlərinə görə, Azərbaycandakı sənaye parklarında investorlar üçün bir çox güzəştlər nəzərdə tutulur.

"Azərbaycanda çox münbit investisiya mühiti var, yerli və xarici investorlara eyni şərait yaradılır, bütün maneələr aradan qaldırılır. Ölkədə xüsusilə aqrar məhsulların istehsalı sahəsində çox geniş imkanlar var, bununla yanaşı energetika sektorunun diversifikasiyası istiqamətində geniş işlər aparılır", - Y.Abdullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi