​Yunanıstan 14 hava limanını satışa çıxarır

​Yunanıstan 14 hava limanını satışa çıxarır "Piraeus" dəniz limanını oktyabrda, "Train OSE" dəmir yolu idarəsi dekabrda, "Selanik" dəniz limanı isə 2016-cı ilin fevralında satışa çıxarılacaq
Biznes
15 Avqust , 2015 19:32
​Yunanıstan 14 hava limanını satışa çıxarır

Bakı. 15 avqust. REPORT.AZ/ Yunanıstan hökuməti payızda 14 regional aeroport, iki dəniz limanı, bir dəmir yolu idarəsini, iki elektrik şirkətini tam və bir telekommunikasiya operatorunun səhmlərinin müəyyən hissəsini satışa çıxaracaq. "Report"un yunan mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondundan (HRADF) deyiblər.

Məlumata görə, özəlləşdirilməyə çıxarılacaq qurumlar arasında "Piraeus" dəniz limanı, "Selanik" dəniz limanı ("Thessaloniki Port Authority" (THPA S.A.)) və "Train OSE" dəmir yolu şirkətinin adı var.

"Piraeus" dəniz limanı oktyabrda, "Train OSE" dəmir yolu idarəsi dekabrda, "Selanik" dəniz limanı isə 2016-cı ilin fevralında satışa çıxarılacaq.

Bundan əlavə, bir neçə şirkətin səhmlərinin müəyyən hissələrinin satışı da planlaşdırılır. Belə ki, Yunanıstan Telekommunikasiya Şirkətinin (OTE) 10%-nin və Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin satışı məsələsi də öz həllini tapacağı deyilir.

Məlumata görə, dəqiq vaxtı açıqlanmasa da, payızın sonuna qədər Yunanıstanın iki ən böyük enerji şirkəti olan İctimai Enerji Korporasiyası (Public Power Corporation - PPC) və Müstəqil Enerji Ötürülməsi Operatoru (Independent Power Transmission Operator - IPTO) da özəlləşdiriləcək.

Qeyd edək ki, qurum gələcəkdə Afina Hava Limanının və "Elta" poçt xidmətinin səhmlərinin də satışa çıxarılma ehtimalı olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi