"Yüksəliş" müsabiqəsinin qalibləri nazirlərin yanında təcrübə keçəcək

"Yüksəliş" müsabiqəsinin qalibləri nazirlərin yanında təcrübə keçəcək İlk xəbər saat 14:28-də verilib
Biznes
157
22 Oktyabr , 2021 14:38
Yüksəliş müsabiqəsinin qalibləri nazirlərin yanında təcrübə keçəcək

İlk xəbər saat 14:28-də verilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibi Ziya Mürsəlzadənin mentoru olacaq.

"Report" xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, qalib nazirlə 1 il müddətində mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

Bundan başqa, müsabiqənin digər iki qalibi Kamil Alıyev və Orxan Quliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Güldanə Hidayətli energetika naziri Pərviz Şahbazovun, Vüqar Mirzəzadə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Ruslan Mirzəliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, Nazim Novruzov isə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun yanında 1 illik təcrübə keçəcək.

Son xəbərlər

Orphus sistemi