Perm Ticarət-Sənaye Palatası Azərbaycana işgüzar səfər təşkil edəcək

Perm Ticarət-Sənaye Palatası Azərbaycana işgüzar səfər təşkil edəcək Bakı. 31 yanvar. REPORT.AZ/ Bu ilin yaz aylarında Rusiyanın Perm vilayətinin Ticarət-Sənaye Palatası Azərbaycana işgüzar səfər təşkil edəcək.
Biznes
1617
31 Yanvar , 2019 11:59
Perm Ticarət-Sənaye Palatası Azərbaycana işgüzar səfər təşkil edəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu ilin yaz aylarında Rusiyanın Perm vilayətinin Ticarət-Sənaye Palatası Azərbaycana işgüzar səfər təşkil edəcək.

“Report” Rusiya mətbuatına istinadən məlumat verir ki, bu, Perm Ticarət-Sənaye Palatasının ölkəmizə ilk səfəri olacaq. Bu səfərin təşkil edilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçılarına məsləhət, təşkilati və mütəxəssis xidmətlərinin kompleks dəstəyini göstərməkdir.

Qeyd edək ki, Perm Ticarət-Sənaye Palatasında 180 ticarət-sənaye palatası və Rusiyanın Ticarət-Sənaye Palatasının 30-dan çox nümayəndəliyi təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi