Yaponiyanın “Honda” şirkətinin təyyarələri tezliklə müştərilərə çatdırılacaq

Yaponiyanın “Honda” şirkətinin təyyarələri tezliklə müştərilərə çatdırılacaq Təyyarə bütün texniki tələblərə cavab verir
Biznes
24 Noyabr , 2015 06:01
Yaponiyanın “Honda” şirkətinin təyyarələri tezliklə müştərilərə çatdırılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Honda” şirkəti ilk təyyarələrini cari ilin sonunadək müştərilərə çatdırmaq niyyətindədir.

Yeddi sərnişin yerinə malik, mühərrikləri qanadları üzərində yerləşən bu reaktiv təyyarə özünün nadir konstruksiyası ilə diqqəti cəlb edib. Şirkətdən bildiriblər ki, yeni təyyarə optimal yanacaq sərfiyyatına görə həmin sinifdən olanlar arasında ən sürətlisidir.

Həmçinin qeyd olunub ki, təyyarə artıq üç min saatdan çox sınaq uçuşu həyata keçirib və bütün texniki tələblərə cavab verir. Onun tezliklə ABŞ Federal Mülki Aviasiya İdarəsindən sertifikat alacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi