Yaponiyada şirkətlərin birləşmə sayı rekord həddə çatıb

Yaponiyada şirkətlərin birləşmə sayı rekord həddə çatıb Yaponiyada şirkətlərin birləşməsi və təhvil-təsliminə dair sövdələşmələrin sayı 2019-cu ildə tarixi rekord həddinə çatıb.
Biznes
23 Dekabr , 2019 14:33
Yaponiyada şirkətlərin birləşmə sayı rekord həddə çatıb

Yaponiyada şirkətlərin birləşməsi və təhvil-təsliminə dair sövdələşmələrin sayı 2019-cu ildə tarixi rekord həddinə çatıb.

“Report” FT-ya istinadən xəbər verir ki, “Recof” analitik mərkəzinin verdiyi məlumata görə, ötən həftə “Hitachi” ən böyük bölmələrini 4,5 milyard dollara satdığını elan edəndən sonra ölkədə ilin əvvəlindən bağlanmış M&A sövdələşmələrinin sayı 2840 təşkil edib. Əvvəlki rekord isə 2018-ci ildə 2818 sövdələşmə olub.

Bu ildə belə sövdələşmələrə 55 milyard dollara yaxın vəsait sərf edilib ki, bu da 2007-ci ildən, yəni maliyyə böhranından sonrakı dövr üçün rekord rəqəmdir.

Son xəbərlər

Orphus sistemi