Yaponiyada bir cüt yemiş 25 min dollara satılıb

Yaponiyada bir cüt yemiş 25 min dollara satılıb Yemişləri körpə qidası istehsalçısı olan “Hokkaido Products” şirkəti alıb
Biznes
24 May , 2021 15:54
Yaponiyada bir cüt yemiş 25 min dollara satılıb

Yaponiyada xüsusi qaydada yetişdirilərək hərraca çıxarılan 2 yemiş 2,7 milyon yenə (təxminən 25 min ABŞ dolları) satılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, məhsulları körpə qidası istehsalçısı olan “Hokkaido Products” şirkəti alıb.

Xatırladaq ki, sözügedən növ yemişlər Yaponiyanın Hokkaydo əyalətində ərsəyə gətirilir və ləzzətinə görə bütün ölkədə məşhurdur. Onların Yaponiya tarixində ən yüksək alqı-satqı qiyməti 2019-cu ildə qeydə alınıb. Həmin il bir cüt yemişə 5 milyon yen (təxminən 46 min dollar) verən tapılmışdı.

Son xəbərlər

Orphus sistemi