Rusiyanın Sankt-Peterburq şəhərində XXIII Beynəlxalq İqtisadi Forumunun rəsmi açılış mərasimi olub.
"Report"un Rusiya bürosunun məlumatına görə, tədbirdə
Azərbaycanı isə forumda İqtisadiyyat naziri
Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beglov iştirakçıları və qonaqları salamlayaraq bildirib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada baş verən trendlər, iqtisadi inkişaf istiqamətləri, eyni zamanda tətbiq olunan yeni iqtisadi mexanizmlər barədə müzakirələrin aparılması üçün gözəl platformadır.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun əsas hissəsi Rusiya prezidenti Vladimir Putinin, Çin sədri Si Çizinpinin, Bolqarıstan prezidenti Rumen Radyevin və Slovakiyanın baş naziri Peter Pelleqrinin də qatılacağı plenar sessiya olacaq. Sessiyada həmçinin A.Quterreş iştirak edəçək. Sessiyanın moderatoru jurnalist və televiziya aparıcısı Sofiko Şevardnadze olacaq.
İqtisadçıların bir araya gəldiyi və iyunun 8-nə qədər davam edəcək tədbirdə 75 ölkədən 275 şirkət iştirak edəcək.
Bu il forum "Davamlı inkişaf gündəmini müəyyən etmək" devizi altında keçirilir. Beynəlxalq iqtisadi birliklərin transformasiyası, artan sosial bərabərsizlik, qeyri-sabit ticarət və siyasi münasibətlər dünya iqtisadiyyatına təsir göstərməyə davam edir. Bu baxımdan, qlobal iqtisadiyyatın davamlı inkişafının hazırkı vəziyyəti və gələcək perspektivləri xüsusilə aktualdır.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 1997-ci ildən keçirilir, 2006-cı ildən isə Rusiya prezidentinin himayəsi və iştirakı ilə baş tutmaqdadır. Forum biznes nümayəndələri arasında ünsiyyət yaratmaq üçün bir platforma olmaqla yanaşı, Rusiya, inkişaf etməkdə olan iqtisadiyyatlar, ümumiyyətlə, dünya qarşısında duran mühüm iqtisadi məsələlərin müzakirə olunduğu məkandır.
İqbal Rustamov













