Xidmət rəisi: "Son zamanlar gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır"

Xidmət rəisi: "Son zamanlar gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır" Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır.
Biznes
25 Sentyabr , 2024 10:57
Xidmət rəisi: Son zamanlar gündəliyimiz yaşıl enerji ilə bağlıdır

Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadəyə dair gündəmində iddialı hədəflər yer alır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və ”yaşıl enerji” milli inkişaf prioritetləri olaraq seçilib, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib", - deyə o qeyd edib.

"Yaşıl enerji" növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 %-ə çatdırılması nəzərdə tutulur. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaq da hədəflərimizdəndir. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla sözügedən ərazilər “yaşıl enerji" zonası kimi müəyyən edilib. Ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri artırmaqdır", - deyə xidmət rəisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi