DVX rəisi: "Azərbaycanda “karbon vergisi”sinin və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir”

DVX rəisi: "Azərbaycanda “karbon vergisi”sinin və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir” Azərbaycanda “karbon vergisi” və yaxud analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir.
Biznes
25 Sentyabr , 2024 11:03
DVX rəisi: Azərbaycanda “karbon vergisi”sinin və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir”

Azərbaycanda “karbon vergisi” və yaxud analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Hazırda beynəlxalq təcrübədə geniş tətbiq olunan karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir. Karbon vergisinin vergitutma obyekti olan karbon emissiyasının ölçülməsi sisteminin ölkəmizdə yaradılması, ətraf mühitin qorunması üçün dünya ölkələrində tətbiq edilən karbon qiymətləri siyasi tədbirlərinin Azərbaycanda tətbiqi prosesləri hazırda hökumətdə həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir”, - deyə o qeyd edib.

Orxan Nəzərli bildirib ki, bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla, beyin mərkəzləri, təhsil müəssisələri və əlaqəli sənayelərlə əməkdaşlıq edilir: “Ölkəmiz üçün düzgün vergi qoyma siyasətini müəyyən etmək məqsədilə bu sahədə həm təcrübələri öyrənirik, həm də mövcud təcrübələrin yaratdığı çağırışları birgə müzakirə edirik”.

Son xəbərlər

Orphus sistemi