“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək

“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək Mayın 20-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Biznes
6 Aprel , 2021 09:36
“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək

Mayın 20-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, Təftiş Komisiyasının aktının müzakirə olunması, qurumun İdarə Heyətinin yeni sədrinin seçilməsi, səhmdarlara dividend ödənilməsi, mükafatlandırma və kənar auditorun seçilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi