Xəzər Beynəlxalq İnvestisiya Şirkəti sərmayələrini artıracaq

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti sərmayələrini artıracaq Bakı, 5 mart. REPORT. AZ/ Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Xəzər Beynəlxalq İnvestisiya Şirkətində 24,1% paya malikdir. 
Biznes
5 Mart , 2018 12:09
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti sərmayələrini artıracaq

Bakı, 5 mart. REPORT. AZ/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) Xəzər Beynəlxalq İnvestisiya Şirkətində 24,1% paya malikdir. 

"Report" xəbər verir ki, bunu AİŞ-in ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib.

Bundan başqa, onun sözlərinə görə, yaxın vaxtlarda Xəzər Beynəlxalq İnvestisiya Şirkəti sərmayələrini artıracaq: "İndiyə qədər şirkət 13 layihəyə investisiya qoyub. Gələcəkdə kənd təsərrüfatı, qida, daşınmaz əmlak sahələrinə investisiya qoyuluşu olacaq".

R.Nəcəf onu da deyib ki, xarici şirkətlər Azərbaycan ərazisindən hab kimi istifadə etməkdə maraqlıdır: "Avropa, Türkiyə və Hindistan şirkətləri ilə əczaçılıq sahəsində danışıqlar aparılır. Onların Azərbaycandan regional hab kimi istifadə etməkdə maraqları var".

Son xəbərlər

Orphus sistemi