Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupun iclası keçirilib

Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupun iclası keçirilib Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupun video-konfrans formatında iclası keçirilib.
Biznes
1 Noyabr , 2021 12:36
Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupun iclası keçirilib

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupun video-konfrans formatında iclası keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərə dair fikir mübadiləsi aparılıb.

2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin verdiyi təkliflər müzakirə edilib, müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti ilin Fəaliyyət Planının tərtib edilməsi tövsiyə edilib.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər qurumların məsul şəxsləri iştirak edib.

İclas zamanı həmçinin, Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti haqqında təqdimatlar olub, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi