Xaçmazda “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib

Xaçmazda “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib Bakı. 10 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib.
Biznes
10 noyabr 2017 16:33
Xaçmazda “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir müavini Sahib Məmmədov qadınlar üçün biznes inkubatorların yaradılmasının təşviqi istiqamətində 2017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və regionlarda 20-dən çox maarifləndirici tədbir keçirildiyini bildirib.

Quba-Xaçmaz və Aran Regional İnkişaf mərkəzlərində yaradılmış biznes inkubatorlar üçün qadın iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib. Namizədlərin müəyyən edilməsi prosesinin hazırda da davam etdiyini vurğulayan Sahib Məmmədov təşəbbüskar qadınları biznes inkubatorlarda fəal iştiraka dəvət edib.

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı hazırda xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq region üzrə xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub. Biznes inkubatorun digər rezidenti - gənc əlil qadın isə dekorativ sənət və rəssamlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. Dekorativ sənət və rəssamlıq məhsullarının satışa çıxarılması nəzərdə tutulur.

Tədbirdə regionlarda qadın sahibkarlığın inkişafı, qadınların məşğulluğunun artırılması və bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində qadınlar üçün biznes inkubatorlar yaradılıb. 

Son xəbərlər

Orphus sistemi