Xaçmazda qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub

Xaçmazda qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) Xaçmaz rayonunda qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil edib
Biznes
382
1 İyun , 2021 19:07
Xaçmazda qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub

Bu gün İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) Xaçmaz rayonunda qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil edib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, “Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi əl işi hazırlayan qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə rayonun 10-na yaxın qadın sahibkarının hazırladığı toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi