“Walt Disney" son 40 ildə ilk dəfə zərərə düşdü

“Walt Disney" son 40 ildə ilk dəfə zərərə düşdü ABŞ-ın və dünyanın əyləncə sənayesi üzrə ən böyük konqlomeratı “Walt Disney" şirkəti bu ilin III rübünü 710 milyon dollar zərərlə başa vurub.
Biznes
394
13 Noyabr , 2020 12:27
“Walt Disney son 40 ildə ilk dəfə zərərə düşdü

ABŞ-ın və dünyanın əyləncə sənayesi üzrə ən böyük konqlomeratı “Walt Disney" şirkəti bu ilin III rübünü 710 milyon dollar zərərlə başa vurub.

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, şirkət ötən ilin eyni dövründən 777 milyon dollar mənfəətlə çıxmışdı.

“Walt Disney" 2019-cu ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayına qədər davam edən 2020-ci maliyyə ilini isə 2,832 milyard dollar zərərlə yekunlaşdırıb. Halbuki, şirkət 2018-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayına qədər davam edən 2019-cu maliyyə ilində 10,425 milyard dollar mənfəət əldə etmişdi. Bu, əyləncə nəhənginin tarixində 1980-ci ildən bəri ilk haldır.

Son xəbərlər

Orphus sistemi