Vüsal Qasımlı: "Azərbaycanda iqtisadi artım dünyadakı orta rəqəmdən çoxdur"

Vüsal Qasımlı: "Azərbaycanda iqtisadi artım dünyadakı orta rəqəmdən çoxdur" "2021-ci ildə Azərbaycanda iqtisadi artım 5,6% olub. Bu isə son 8 ilin ən yüksək göstəricisidir".
Biznes
101
18 Yanvar , 2022 15:19
Vüsal Qasımlı: Azərbaycanda iqtisadi artım dünyadakı orta rəqəmdən çoxdur
Vüsal Qasımlı

"2021-ci ildə Azərbaycanda iqtisadi artım 5,6% olub. Bu isə son 8 ilin ən yüksək göstəricisidir".

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı iqtisadi artım dünyadakı orta göstəricidən yüksəkdir: "Beynəlxalq Valyuta Fondunun hesabatına görə, ötən il dünyada orta iqtisadi artım 5,5% olub. Bu, bir daha Azərbaycanın ötən il yüksək iqtisadi artıma nail olduğunu göstərir. Bunun əsas drayveri qeyri-neft sektorudur. 2013-cü ildən bu yana bu sektorda ən yüksək artım göstəricisi qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi