“Volkswagen Group”un mənfəəti 81% azalıb

“Volkswagen Group”un mənfəəti 81% azalıb Bu ilin I rübündə Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group”un satışdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% azalaraq 55,1 milyard avroya düşüb.
Biznes
29 Aprel , 2020 12:27
“Volkswagen Group”un mənfəəti 81% azalıb

Bu ilin I rübündə Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group”un satışdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% azalaraq 55,1 milyard avroya düşüb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə şirkət, təxminən, 2 milyon ədəd avtomobil tədarük edib ki, bu da illik müqayisədə 23% azdır. 

Son nəticədə “Volkswagen Group”un xalis mənfəəti 81,4% azalaraq 900 milyon avro olub.

“Koronavirus (COVID-19) pandemiyası I rübdə işlərimizə əhəmiyyətli dərəcədə təsir etdi. Xərcləri azaltmaq və likvidliyi təmin etmək üçün bir çox tədbirlər görmüşük və maddi cəhətdən sağlam vəziyyətdəyik. "Volkswagen Group" misilsiz böhranı diqqət və qətiyyətlə idarə etməyə çalışır” - şirkətin maliyyə meneceri Frank Vitter bildirib.

Son xəbərlər

Orphus sistemi