Vladanka Andreyeva: "Azərbaycanla yeni Çərçivə Sənədinin imzalanması sentyabrda gözlənilir"

Vladanka Andreyeva: "Azərbaycanla yeni Çərçivə Sənədinin imzalanması sentyabrda gözlənilir" Bu ilin iyun ayına qədər BMT və Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi üzərində işlər tamamlanacaq və sənədin sentyabrda imzalanması planlaşdırılır.
Biznes
31 Yanvar , 2025 17:14
Vladanka Andreyeva: Azərbaycanla yeni Çərçivə Sənədinin imzalanması sentyabrda gözlənilir

Bu ilin iyun ayına qədər BMT və Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi üzərində işlər tamamlanacaq və sənədin sentyabrda imzalanması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə keçirilən “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

Onun sözlərinə görə, yeni Çərçivə Sənədində müəyyən olunan istiqamətlər “Azərbaycan 2030” gündəliyinin prioritetlərinə, “Böyük Qayıdış” proqramına və COP29-a ev sahibliyi çərçivəsində əməkdaşlıq təşəbbüslərinə əsaslanır.

“Növbəti mərhələ bu sahələrdə qarşıdakı beş il ərzində konkret nəticələr əldə etməkdir”, - deyə V. Andreyeva vurğulayıb.

Son xəbərlər

Orphus sistemi