Vətən Müharibəsi iştirakçısı Nəriman Zamanov İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, o, KOBİA-nın Tovuz şəhəri üzrə "KOB Dostu" vəzifəsinə təyin edilib. N.Zamanov “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Bundan əvvəl də bir neçə Vətən Müharibəsi iştirakçısı KOBİA-da işə götürülüb.