"Vestel Azərbaycan"dan qazandıran yenilik

"Vestel Azərbaycan"dan qazandıran yenilik Yeni saytdan alış-veriş edərkən bütün mövcud endirimlərlə yanaşı, əlavə 10 %-ə qədər də endirim qazanırsınız
Biznes
14 Aprel , 2021 10:03
Vestel Azərbaycandan qazandıran yenilik

Türkiyənin texnologiya nəhəngi – "Vestel Azərbaycan"da möhtəşəm yeniliyə imza atıb.

“Report” xəbər verir ki, azərbaycanlı müştərilərinə daha yaxın olmaq istəyən "Vestel" yenilənmiş vebsaytını istifadəyə verib.

Yeni vebsaytda ilk diqqətçəkən və "Vestel"i rəqiblərindən fərqləndirən özəllik onlayn alış-veriş üstünlüyüdür. Açılışa özəl olaraq yeni saytdan alış-veriş edərkən bütün mövcud endirimlərlə yanaşı, əlavə 10 %-ə qədər də endirim qazanırsınız.

Evində keyfiyyəti seçənlər artıq birbaşa Vestel.az saytından rəqəmsal cihazları, böyük və kiçik məişət texnikasını və digər texnoloji məhsulları sifariş edə bilər. Ödənişi isə həm onlayn, həm qapıda nağd, həm də taksit kartları ilə etmək mümkündür.

Kampaniyalar bununla da yekunlaşmır. Ramazan ayı ərzində Vestel.az saytında kredit kartları ilə ödənilən bütün sifarişlər ilkin ödənişsiz, faizsiz, xidmət haqqısız və 18 aya qədər taksit imkanı ilə təklif edilir.

Üstəlik Vestel.az saytından məhsul sifariş edərkən Bakı, Sumqayıt və Abşeron ərazisi üzrə 4 saata, regionlara isə 24 saata pulsuz çatdırılma və quraşdırılma xidmətindən yararlana bilərsiniz.

Xatırladaq ki, keyfiyyətli Türkiyə texnologiyası ilə bütün dünyada xidmət göstərən "Vestel"in Azərbaycanda rəsmi distributoru "Optimal" mağazalar şəbəkəsidir.

Son xəbərlər

Orphus sistemi