Vergilər Nazirliyi: “Turan”ın hesablarına həbs qoyulması texniki nasazlığın nəticəsində olub

Vergilər Nazirliyi: “Turan”ın hesablarına həbs qoyulması texniki nasazlığın nəticəsində olub İnformasiya Agentliyinin hesablarından həbs götürülüb
Biznes
5 Oktyabr , 2017 14:28
Vergilər Nazirliyi: “Turan”ın hesablarına həbs qoyulması texniki nasazlığın nəticəsində olub
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin bank hesablarına həbs qoyulmasına münasibət bildirilib.

Nazirlikdən “Report”a verilən məlumatda deyilir ki, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur: “Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir. Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb”.

Son xəbərlər

Orphus sistemi