Vergilər Nazirliyi ilə Gömrük Komitəsi üçüncü şəxslərə mal idxal edənlərin fəaliyyətini nəzarətdə saxlayacaq

Vergilər Nazirliyi ilə Gömrük Komitəsi üçüncü şəxslərə mal idxal edənlərin fəaliyyətini nəzarətdə saxlayacaq Bakı. 20 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” razılaşma protokolu imzalanıb.
Biznes
20 Aprel , 2018 20:06
Vergilər Nazirliyi ilə Gömrük Komitəsi üçüncü şəxslərə mal idxal edənlərin fəaliyyətini nəzarətdə saxlayacaq
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” razılaşma protokolu imzalanıb.

DGK-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.

Razılaşma protokolunda Azərbaycan Respublikasında davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırılmasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanır.

Eyni zamanda üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarətin vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin edilməsinin vacibliyi bəyan olunur.

Razılaşma protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi