​Vergilər naziri Neftçalada vətəndaşları qəbul edib

​Vergilər naziri Neftçalada vətəndaşları qəbul edib Nazir Neftçala, Şirvan və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb
Biznes
29 Aprel , 2016 12:38
​Vergilər naziri Neftçalada vətəndaşları qəbul edib

Bakı. 29 aprel. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov bu gün Neftçala rayonunda Neftçala, Şirvan və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi