​Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib

​Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib Görüşdə Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar iştirak edib
Biznes
203
22 May , 2015 14:19
​Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib

Bakı. 22 may. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov bu gün Şabran rayonunda Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən "Report"a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi