Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib

Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib Görüşdə Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edib
Biznes
20 Oktyabr , 2017 18:37
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Ağcabədi rayonunda Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi