Vergi və digər büdcə daxilolmalarının online ödəniş xidməti təkmilləşdirilib

Vergi və digər büdcə daxilolmalarının online ödəniş xidməti təkmilləşdirilib Ödənişlərin vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür
Biznes
19 May , 2021 12:42
Vergi və digər büdcə daxilolmalarının online ödəniş xidməti təkmilləşdirilib

​Hökumət Ödəniş Portalı (https://www.gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bildirilir ki, DVX-nin təqdim etdiyi bu elektron xidmət vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Elektron xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.​

Son xəbərlər

Orphus sistemi