Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur"

Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur" Bu gün qlobal miqyasda emissiya olunan karbon vahidlərinin 24 %-i hansısa formada karbon qiyməti ilə əhatə olunur.
Biznes
9 Sentyabr , 2024 13:39
Vergi rəsmisi: Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur
Samirə Musayeva

Bu gün qlobal miqyasda emissiya olunan karbon vahidlərinin 24 %-i hansısa formada karbon qiyməti ilə əhatə olunur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

"24 % bu gün az görünə bilər, ancaq 10 il əvvəl bu rəqəm 7 % idi. Bu isə onu göstərir ki, artıq ölkələr arasında emissiyaların azaldılması ilə bağlı hədəflərə çatmaq üçün karbon qiyməti tətbiq etmək daha populyar olub. Bundan başqa, dünyada adaptasiya proqramlarını maliyyələşdirmək üçün bu maliyyə alətinin zəruri olduğu görünür", - deyə o qeyd edib.

"Dünya Bankının məlumatına görə, bu gün milli hədəflərini elan edən ölkələrin 2/3-də, yəni 100-dən çox ölkədə karbon qiymət qoyma ilə bağlı müddəaların tətbiqi birbaşa hədəf kimi müəyyən edilib. Onların bəziləri artıq bunu tətbiq edib. Bəzi ölkələr isə öz yuridiksiyalarında nəzərdə tutub ki, o hədəfə çatmaq üçün hansısa formada karbon qiymətləri tətbiq etməlidir", - deyə vergi rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi