Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 924-ə çatıb

Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 924-ə çatıb Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 369 nəfərə çatıb
Biznes
4 Oktyabr , 2016 17:51
Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 924-ə çatıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 9 nəfər artaraq 555-ə çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 8 nəfər artıb və hazırda 369 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 907-dən 924-ə çatıb.

Son xəbərlər

Orphus sistemi