Azərbaycanda üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiq edilib Azərbaycanda üzüm məhsulunun keyfiyyət və kəmiyyətinin yüksəldilməsi məqsədilə AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.
Biznes
19 may 2022 13:06
Azərbaycanda üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda üzüm məhsulunun keyfiyyət və kəmiyyətinin yüksəldilməsi məqsədilə AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin hazırladığı standartı Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiq edib.

Standartın tətbiqi üzüm genofondunun qorunub saxlanılmasına və üzüm istehsalının genişlənməsinə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi