ÜTT Türkiyənin polad məhsullarına tətbiq olunan antidempinq qərarını ləğv edib

ÜTT Türkiyənin polad məhsullarına tətbiq olunan antidempinq qərarını ləğv edib Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Mərakeş hökümətinin Türkiyənin polad məhsullarına qarşı tətbiq etdiyi antidempinq qərarını ləğv edib.
Biznes
9 Yanvar , 2020 09:35
ÜTT Türkiyənin polad məhsullarına  tətbiq olunan antidempinq qərarını ləğv edib

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Mərakeş hökümətinin Türkiyənin polad məhsullarına qarşı tətbiq etdiyi antidempinq qərarını ləğv edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar ÜTT-nin Mübahisələrin Həll Olunması komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Mərakeş Türk polad məhsullarına antidempinq tədbirləri cərçivəsində gömrük rüsumlarını 11% artırmışdı.

Məlumata görə, ÜTT Mərakeşin antidempinq razılaşmasına zidd hərəkət etdiyini və Türkiyənin ticarət təşkilatının razılaşmalarından irəli gələn hüquqlarına zərər verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi